Qarşıdurmalar zamanı bir neçə polisin xəsarət aldığı bildirilir. Şimali İrlandiyanın paytaxtı Belfastda şəhər şurasının binası qarşısında Britaniya bayrağına qarşı qoyulan məhdudiyyətlərlə bağlı etirazlar artıq 3 gündür ki, davam edir. Ötən gün Şəhər Şurasının qərarına qarşı çıxan etirazçılar şəhərdə zorakılıq törədiblər. Gecə boyu davam edən aksiyalara 2 minə yaxın insan qatılıb. Şuranın binasına hücum etməyə çalışan aksiya iştrakçılarına təhlükəsizlik qüvvələri müdaxilə edib. Etirazçılar polisə daş və yanıcı maddələrlə hücum ediblər. Qarşıdurmalar zamanı bir neçə polisin xəsarət aldığı bildirilir. Polis zorakılıq törədən etirazçılara su şırnaqları müdaxilə edib. İki nəfərin həbs edildiyi bildirilir.
Qeyd edək ki, ölkəninin Britaniya krallığı tərkibində qalmasını istəyən protestantlarla İrlaniya Respublikası ilə birləşməyi istəyən katoliklər arasındakı fikir ayrılığı tərəflər arasında çoxlu sayda cinayət hadisələrinin baş verməsinə səbəb olur.
|