Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 10 » ‘Bir neçə saat əvvəl Ceyhunun anası və yaxın qohumları ilə görüşdüm’ – AÇIQLAMA
17:00
‘Bir neçə saat əvvəl Ceyhunun anası və yaxın qohumları ilə görüşdüm’ – AÇIQLAMA
 


 "Bu gün bəzi qüvvələr Ceyhun Qubadovun ölümünü siyasiləşdirir və müəyyən rəyi zorla camaatın beyninə yeridirlər”

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun 3 aylıq əsgəri Ceyhun Zaman oğlu Qubadovun ölümü böyük əks-səda doğurub.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin üzvü Aydın Mirzəzadə əsgər Ceyhun Qubadovun ölümünün böyük itki olduğunu bildirib:

"Bu, hər şeydən əvvəl ordu itkisidir. Biz düşmənlə üz-üzə olduğumuzu nəzərə almalıyıq. Bu şəraitdə ordunun bütün üzvləri güclü hazırlığa malik olmalıdırlar. Təəssüf ki, təkcə döyüş yox, qeyri-döyüş zəminində də itki veririk. Əsgər Ceyhun Qubadovun ölümü böyük əks-səda doğurdu. Mən bir neçə saat əvvəl Abşeron Rayon Polis Şöbəsinin rəisi və Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə birgə yas yerinə getdim. Ceyhunun anası və yaxın qohumları ilə görüşdüm, onlara başsağlığı verdim. Orada hərbi hissə nümayəndələri də var idi. Həmçinin həmkarlarım Qənirə Paşayeva və Sevinc Hüseynova da orada idi.
Bu gün dövlətin bu işə ciddi diqqət etməsi və baş verən hadisə ilə bağlı cinayət işi açması dövlətin bu məsələdə nə qədər obyektiv olduğunu və belə halların qarşısının alınmasında maraqlı olduğunu ortaya qoyur. Eyni zamanda dünyasını dəyişən əsgərin ailəsi də bunu görür və dövlətin ciddi yanaşmasını razılıqla qarşılayır”.

A. Mirzəzadə cəmiyyətdə belə hadisələrin tələsik qiymətləndirildiyini və yanlış rəy formalaşdırıldığını da qeyd edib: "İstənilən itkiyə tələsik qiymət verməyin əleyhinəyəm.Biz nə hüquq-mühafizə orqanlarıyıq, nə də ekspertlərik ki, məsələyə qiymət verək. Çox təəssüf ki, bu gün bəzi qüvvələr Ceyhun Qubadovun ölümünü siyasiləşdirir və müəyyən rəyi zorla camaatın beyninə yeridirlər. Halbuki, bu gün hər bir itki dövlət tərəfindən ciddi araşdırılır və günahkarlar cəzalandırılır. Üstəlik övladını itirən ailələrə dövlət tərəfindən diqqət göstərilir. Azərbaycan ordusunda ciddi intizam var. Orduya yeni gələn hər bir əsgərin xidmətə uyğunlaşdırılmasına ciddi fikir verilir. Həmçinin əsgərlərin hərbi biliklərinin fərqli olması da nəzərə alınır.

Bundan başqa, həm ailədə, cəmiyyətdə, həm də KİV-də gənclərin orduya hazırlığı ciddi düşünülməlidir. Bu barədə əlavə tədbirlər görülməlidir. Orta məktəbdə və ya əlavə kurs olaraq gənclərə hazırlıq keçilməlidir – həm fiziki, həm psixoloji hazırlıq.”

Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişib. Mərhumun valideyni bədənində zorakılıq əlamətləri olan əsgərin döyülərək öldürüldüyünü iddia edib. Faktla bağlı istintaq araşdırması gedir.

Category: XƏBƏRLƏR | Views: 423 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 03:34
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012