Çaqqallar aslanları və qartalları ovlaya bilməzlər"Azeri-Xeber.ucoz.com "CNN"-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin "The Daily Telegraph" qəzetinə müsahibəsində Əfqan səhra komandiri Gülbəddin Hikmətiar şahzadə Harrinin Əfqanıstanda hərbi xidmət keçməsinə müasbibət bildirərkən deyib.
"Britaniya şahzadəsi Əfqanıstana günahsız insanları öldürmək üçün gəlib. O, utanmadan, mücahidlərin üzərinə raket yağdırmaq istəyir. Lakin o, bir şeyi unudub: çaqqallar aslanları və qartalları ovlaya bilməzlər", - o əlavə edib.
Gülbəddin Hikmətiar xatırladıb ki, Britaniya qoşunları Əfqanıstandan çıxanacan, döyüşçülər mümkün qədər çox ingilis əsgəri öldürəcəklər.