Sərnişinlər qeyri-müəyyən müddətə qədər alternativ giriş və çıxışlardan istifadə edəcəklər
Bu gündən "28 May" stansiyasının əsas girişi təmirə bağlanır. Metropolitenin rəsmi saytına istinadla verdiyimiz məlumata görə, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, "28 May" stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) bu gün səhər saat 06:00-dan etibarən bağlanacaq.