Baltik dənizinin dibində uçan naməlum obyektin tapılması böyük marağa səbəb olub.
Məlumata görə, İsveç araşdırmacıları dənizin altında hündürlüyü 4 metr, uzunluğu 60 metr olan cismin üzərində araşdırma aparıblar.
Cismin üzərindəki üzlük onun sirrini bir az da artırıb. Həmin cismin nə olması ilə bağlı dəqiq açıqlama verilməyib.
Alimlər bu cismin uçan naməlum obyekt olduğu qənaətindədirlər.
Araşdırmalar ötən il başlasa da, maddi çətinlik ucbatından yarımçıq dayandırılmışdı.
|