Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 16 » Daxili İşlər Nazirliyi kürdcə verilən əmrə aydınlıq gətirmək istədi
09:30
Daxili İşlər Nazirliyi kürdcə verilən əmrə aydınlıq gətirmək istədi

Son günlər sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında polis zabitinin kürd dilində əmr verməsini təsdiqləyən videogörüntü nümayiş etdirilməsi ilə bağlı yayılan xəbərlərə Daxili İşlər Nazirliyi münasibət bildirib.

 

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun "Qafqazinfo”ya daxil olan açıqlamasında qeyd olunur ki, bəzi saytlarda bunun ötən il dekabrın 10-da Bakıda keçirilən mitinq zamanı, digərlərində isə görüntünün bu il yanvarın 12-də keçirilən mitinqdə qeydə alındığı bildirilir: "Necə deyərlər, yalanı quraşdıranda da elə quraşdır ki, sonra özün çaşmayasan. Bu videogörüntünün üstünə kənar səsi yapışdıran "usta" indi pis duruma düşüb: Görüntünü harda və nə vaxt çəkib? Özü cəhənnəmə, internet izləyicilərini də çaşdırıb...

 

Mən isə rəsmi olaraq deyirəm ki, əvvəla, bu iddia həqiqət deyil, uydurmadır. İkincisi, Azərbaycan demokratik və sivil bir dövlətdir, bizdə bütün dinlərə və dillərə böyük hörmət və sayğı var. Lakin dövlət dilimiz Azərbaycan dili olduğu üçün bütün qurumlarda, təşkilatlarda, özəl obyektlərdə, ictimai-iaşə müəssisələrində yalnız və yalnız dövlət dili olan Azərbaycan dilindən istifadə olunur, özü də böyük məmuniyyətlə. O cümlədən daxili işlər orqanlarımızda nəinki bütün əmr və göstərişlər Azərbaycan dilində verilir, hətta hər səhər bütün polis orqanlarında xidmət Azərbaycan himninin təntənəli oxunuşu ilə başlayır. Elə həmin saxta videogörüntü yayılan ərəfədə digər bir görüntü də yayıldı. Bu videoda açıqca görünür ki, qanunsuz aksiyanın iştirakçılarından hansısa biri polisin fitini eşidən kimi qaçıb və bu zaman onun yerə - ayaqlar altına atdığı müqəddəs Azərbaycan bayrağını digər vətəndaşlar deyil, orada olan çoxsaylı jurnalistlər deyil, məhz Azərbaycan polisinin sıravi bir əməkdaşı tez yerdən qaldırır, səliqəilə bükür və öpür. Bu görüntü Daxili işlər orqanlarında dilimizə, bayrağımıza, gerbimizə və himnimizə olan münasibətin əyani və tam təsdiqidir. Mən əminəm ki, birinci videogörüntünü "düz-qoş" edənlər bu videonu görəndə xəcalət çəkəcəklər”. 


VIDEO görüntünü bir daha diqqətinizə çatdırırıq:

 

 


Category: XƏBƏRLƏR | Views: 485 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 01:34
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012