Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » "Ded Hasan"ın qətlinin təfərrüatları məlum oldu
15:18
"Ded Hasan"ın qətlinin təfərrüatları məlum oldu

Kriminal avtoritetə daxil olduğu restoranla üzbəüz binadan atəş açılıb

Rusiyanın kriminal avtoritetlərindən biri, "Ded Hasan" ləqəbli Aslan Usoyanın öldürülməsinin yeni təfərrüatları ortaya çıxıb. İstintaq müəyyənləşdirib ki, yanvarın 16-sı yerli vaxtla saat 14-də Aslan Usoyan iki mühafizəçisinin müşayiəti ilə "Starıy Faeton" restoranına gəlib. 


Mühafizəçilərdən biri restoranın qapısını açıb, digəri isə Usoyanın arxasında olub. Bu vaxt atəş səsi eşidilib və qapını açan mühafizəçi cəld Usoyanı restoranın içinə çəkərək, qapını bağlayıb. Çöldə qalan mühafizəçi isə tapançasını çıxararaq açılan daha 5 atəşə cavab verib.

Rusiya İstintaq Komitəsi bildirir ki, bu təfərrüatlar qatilin tək olmadığını deməyə əsas verir. Atəşin açıldığı yer də müəyyənləşib. Bu, restoranla üzbəüz yerləşən yaşayış binasının 5-ci və 6-cı mərtəbələrinin arasındakı pilləkən qəfəsidir.

Qeyd edək ki, sui-qəsd nəticəsində Usoyan boynundan ölümcül yara alaraq xəstəxanada keçinib. Onunla birlikdə yaralanan restoran işçisi olan qadın isə hazırda reanimasiyadadır.
Category: Kriminal | Views: 914 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 09:43
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012