Din xadimi məscidin yanında yarımstansiya qoyulmasına etirazını qəribə şəkildə bildirib
Türkiyənin Tokat vilayətində qeyri-adi etiraz aksiyası keçirilib. Məlumata görə, din xadimi 33 yaşlı Əli Koç məscidin yanında yarımstansiya qoyulmasına etirazını qəribə şəkildə bildirib. Belə ki, din xadimi daha 2 möminlə birlikdə dizlərinə qədər yarımstansiyanın tikintisi üçün tökülən betonun içinə girib. Aksiyaçıları ancaq hadisə yerinə gəlmiş rayon icra başçısı və polis idarəsinin rəisi betondan çıxmağa razı sala bilib.
Yrımstansiyanın zərərli olduğunu və məscidin görünüşünü pozacağını iddia edən Koç betondan çıxaraq fəaliyət göstərdiyi məscidə gedib. Yarımstansiyanın isə nəzərdə tutulan yerə qoyulacağı bildirilib.