Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 16 » Dövlət Sərhəd Xidməti iflic olmuş əsgərlə bağlı açıqlama yaydı
16:09
Dövlət Sərhəd Xidməti iflic olmuş əsgərlə bağlı açıqlama yaydı

Dövlət Sərhəd Xidməti (DSX) əsgər Davud Cəlillinin hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar mətbuatda yayılan məlumatlara münasibət bildirib.

 DSX-nın Mətbuat Mərkəzindən məlumatında qeyd olunub ki, əsgər Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində əks olunmuş məlumatlar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır: "Belə ki, DSX-nin 2006 saylı hərbi hissəsinin sabiq əsgəri Cəlilli Davud Məhəmməd oğlu 12 oktyabr 2010-cu il tarixdə Salyan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. 12 oktyabr-29 noyabr 2010-cu il tarixlərdə 2004 saylı hərbi hissənin təlim-tədris bölüyündə xidmət edib, 29 noyabr 2010-cu il tarixdə hərbi xidmətini davam etdirmək üçün 2006 saylı hərbi hissəyə göndərilib.

Əsgər hərbi xidmətdə olarkən müxtəlif vaxtlarda: 24 fevral - 02 mart 2011-ci il tarixlərdə «kəskin tonzilit», 06-16 may 2011-ci il tarixlərdə «su çiçəyi», 18-20 oktyabr 2011-ci il tarixlərdə «faringit», 28 oktyabr-01 noyabr 2011-ci il tarixlərdə «nevrotik reaksiyalar», 29 dekabr 2011-11 yanvar 2012-ci il tarixlərdə «kəskin parasinisoit» diaqnozları ilə hərbi hissənin tibb məntəqəsində müalicədə olunub.

D. Cəlilli 12 yanvar 2012-ci il tarixdə «Kəskin meninqoensefalit» xəstəliyinin əlamətlərinə şübhə olduğu üçün DSX-nin Hərbi Hospitalına göndərilib, reanimasiya və anesteziya bölməsinə yerləşdirilib və müvafiq tədbirlər görülüb. Xəstənin vəziyyəti ilə bağlı valideynlərinə məlumat çatdırılıb və hospitala dəvət ediliblər. Xəstənin valideynləri hospitala gəlib və xəstənin vəziyyəti həkimlər tərəfindən onlara izah olunub. Hərbi hospitalda müalicədə olarkən 01.02.2012-ci il, 16.02.2012-ci il tarixlərdə 4 saylı Vərəm Əleyhinə Dispanserin (VƏD) fitizomeninqioloqu Arzu Dadaşov, 16.02.2012-ci il tarixdə Müdafiə Nazirliyinin həkim-infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 23.02.2012-ci il tarixdə neyrocərrah Rauf Hüseynli tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib. Xəstənin müayinə və müalicəsini daha yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılması məqsədilə əsgər D. Cəlilli 15 mart 2012-ci il tarixdə DSX-nin hesabına Türkiyə Respublikası Gülhanə Əsgəri Tibb Akademiyasına göndərilib.

DSX Hərbi Hospitalı tərəfindən əvvəlcədən qoyulmuş diaqnoz Gülhanə Əsgəri Tibb Akademiyasının mütəxəssisləri tərəfindən təsdiq edilib və müalicənin əvvəlki qaydada davam etdirilməsi məsləhət bilinib. 31 mart 2012-ci il tarixdə əsgər D. Cəlilli DSX-nın Hərbi Hospitalına köçürülüb.

Təkrar olaraq 11.04.2012-ci il, 15.05.2012-ci il, 11.06.2012-ci il və 30.10.2012-ci il tarixlərdə Müdafiə Nazirliyinin həkim infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 15.05.2012-ci il tarixdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov, 29.06.2012-ci il tarixdə həkim-infeksionist Yusif Alxazov tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib.

26 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.09-cu il tarixli 59 saylı qərarına əsasən, «Vərəm mənşəli meninqoensefalit. Ensefalitdən sonrakı neyrosensor ağır eşitmə» diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilib və hərbi xidmətdən tərxis edilib.

Tərxis edilməsinə baxmayaraq, D. Cəlillinin müalicəsi 1 dekabr 2012-ci il tarixədək DSX-nın Hərbi Hospitalında davam etdirilib.

1 dekabr 2012-ci il tarixdə xəstənin atası hərbi hospitala yazılı müraciət edərək, oğlunu 4 saylı Vərəm Əleyhinə Dispanserə aparmaq niyyətində olmasını, hospitaldan və hospital həkimlərindən heç bir şikayətinin yaxud narazılığının olmadığını bildirib və xəstə 4 saylı Vərəm Əleyhinə Dispanserə köçürülüb. Xəstə Vərəm Əleyhinə Dispanserdə olduğu müddətdə də hərbi hospitalın həkimləri tərəfindən nəzarətdə saxlanılıb və zəruri dəstək verilib.

12 dekabr 2012-ci il tarixdə D. Cəlilli valideynləri tərəfindən Vərəm Əleyhinə Dispanserdən evlərinə aparılıb.

Bununla yanaşı, qeyd edirik ki, DSX hərbi hospitalında müalicədə olarkən anasının xəstə ilə birlikdə qalmasına şərait yaradılıb və 1 dekabr 2012-ci il tarixədək anası palatada xəstənin yanında olub. Atası mütəmadi olaraq hərbi hospitalda oğlu ilə görüşüb. Təəssüf hissi ilə qeyd edirik ki, D. Cəlillinin müalicəsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, onun sağlamlığının bərpa edilməsi mümkün olmayıb”.

Məlumatda daha sonra DSX-yə müddətli həqiqi hərbi xidmətə qəbul olunan hər bir əsgərin valideynlərinə rəsmi qaydada əlaqə telefonları verilməklə, övladlarının hərbi xidməti ilə əlaqədar olan yaxud ona mənfi təsir göstərə bilən bütün məsələlər barədə DSX-in Şəxsi Heyət Üzrə Baş İdarəsinə məlumat verilməsi xahiş olunur: "Bu təcrübənin tətbiqi nəticəsində əsgər valideynləri ilə qarşılıqlı əlaqənin yaradılmasına nail olunub və valideynlərdən daxil olan bütün məlumatlara operativ reaksiya verilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hərbi hissələrin komandirləri tərəfindən daxil olan hər bir məlumat ciddi yoxlanılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Mütəmadi olaraq Hərbi Prokurorluğun əməkdaşlarının bütün sərhəd bölmələrinin şəxsi heyəti ilə profilaktik görüşləri təşkil olunur, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir”.

DSX bu kimi halların KİV-də həqiqətə uyğun olmayan formada işıqlandırılmasını qərəzli münasibət, məqsədyönlü və düşünülmüş şəkildə həyata keçirilən nüfuzdan salma, düşmən dəyirmanına su tökmə kampaniyası kimi qiymətləndirir və həmin materialların müəlliflərini milli maraqlarımıza zidd olan bu kimi hərəkətlərdən çəkinməyə çağırırıq
Category: XƏBƏRLƏR | Views: 485 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 04:22
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012