Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 9 » Erməni vəsvəsəsinin sirri
12:34
Erməni vəsvəsəsinin sirri

Rəsmi Bakının erməni əsilli Dağlıq Qarabağ sakinlərinə sovet əmanətlərini qaytarmağa hazır olması Ermənistanda təşviş doğurub

Rəsmi Bakının erməni əsilli Dağlıq Qarabağ sakinlərinə keçmiş Azərbaycan SSR Əmanət bankında qalmış əmanətlərini indeksasiya edib qaytarmağa hazır olmasını bəyan etməsi Ermənistanda böyük narahatlıq doğurub. 


ANS PRESS-in məlumatına görə, bu barədə material hazırlamış İrəvanda dərc olunan "News.am” portalı məsələni Azərbaycanın Qarabağ sakinlərini satın almaq cəhdi, piar aksiyası kimi dəyərləndirib. Erməni KİV-nin fikrincə, bu, Azərbaycanın beynəlxalq aləmdə özünü tolerant və dözümlülü ölkə kimi göstərmək cəhdidir. Portal hətta bir qədər də irəli gedib iddia edib ki, "heç bir erməni Azərbaycanın bu addımına satılaraq sovet dövründəki əmaqnətləriin almaq üçün müraciət etməz".

Amma portal bəlkə də bilərəkdən gizlədir ki, bu, piar addımı deyil - Azərbaycan paytaxtında və başqa yaşayış məskənlərində hazırda 30 min erməni yaşayır və onlar çox rahatlıqla ölkənin başqa vətəndaşları kimi sovet dövründən qalma əmanətlərinə görə indeksasiya alıblar. Sadəcə, Azərbaycan işğal rejiminə baxmayaraq öz ayrılmaz hissəsi olan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının da bu hüquqdan yararlanmasına çalışır. Özü də Dağlıq Qarabağ sakinlərinin hazırda sosial vəziyyətinin həddindən ağır olması rəsmi Bakını bu barədə düşünməyə vadar edir. 

Sovet illərində Azərbaycanın ən rifahlı bölgələrindən olan Dağlıq Qarabağ işğal illərində müflis bir əraziyə çevrilib. İşğal rejimi bölgədən kənara adam buraxmadığından insanların əmək miqrantı kimi hansısa xarici ölkədə işləyib ailəsinə pul göndərməsi də qadağandır. Keçən il bölgədə olmuş Rusiya jurnalistlərinin yazdığına görə, Dağlıq Qarabağda ali təhsilli mühəndislər işsizdir və meşədən odun gətirib satmaq, günəmuzd işləmək hesabına yalnız ayda 10-15 dollar qazana bilirlər. Dağlıq Qarabağ uşaqları bölgəyə gələn istənilən xarici vətəndaşın üstünə cumaraq sədəqə istəyirlər. Dağlıq Qarabağda yaşayan ailələrin bayram süfrəsinə aldığı ən böyük delikates günəbaxan tumlarıdır, - bunu isə erməni mətbuatının özü yazır. Bütün bu faktlardan sonra "News.am” Dağlıq Qarabağ ermənilərinin həmin pullara ehtiyacı olmadınğını necə iddia edə bilər?!. 

Məhz Dağlıq Qarabağ sakinlərinin bu ağır durumu Azərbaycan rəhbərliyini heç bir şərt qoymadan bir daha təkrar etməyə vadar edir: "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni əsilli vətəndaşlarının sovet əmanətlərinin alınması üçün sənəd verməyə hüquqları var. Bunun üçün sadəcə öz vətəndaşlıqlarını başqa dövlətlərin notarius kontorları ilə və ya bizim ölkənin müvafiq qurumlarının vasitəsi ilə təsdiq etmələri vacibdir". Yəni şərhə ehtiyac yoxdur. Erməni portalının bu hay-küyü isə iyirmi ildir ki, pərdələməyə çalışdıqları, beynəlxalq aləmdə malik olduqları media vasitələri ilə ört-basdır etməyə çalışdıqları Azərbaycan həqiqətlərinin üsütünün açılması qorxusu ilə bağlıdır. Yəni erməni mətbuatı qorxur ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin və xalqının tolerantlığından və humanizmindən xəbər tuta bilər.
Category: XƏBƏRLƏR | Views: 470 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:06
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012