Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » Ermənilər və azərbaycanlılar birgə sayt yaratdılar
09:16
Ermənilər və azərbaycanlılar birgə sayt yaratdılar

Növbəti "yaxınlaşma” şousu Raffi Ovannisyanın sərsəmləmələri ilə başladı

Böyuk Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə yeni birgə sayt yaradılıb. Layihə Ermənistandakı "Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən həyata keçirilib. Layihə qarşı tərəflə bağlı məlumatların aratırılması, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın ilk əldən təsdiqlənməsinə xidmət edir. 


Sayt açılan kimi azərbaycanlı və erməni jurnalistlər "İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini "Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Raffi Ovannisyan xəyal dünyasına o qədər qapılıb ki, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər.

Ötən gün "İctimai dialoqlar” (www.publicdialogues.info) saytının İrəvanda təqdimat mərasimi keçirilib. Yanvarın 18-də saytın Bakıda da təqdim olunması planlaşdırılır. 

Category: XƏBƏRLƏR | Views: 496 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 08:24
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012