Dünya ermənilərinin baş keşişi görüşmək üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təklif göndərib.
Təklif erməni kilsəsinin Gürcüstandakı təmsilçisi Vazgen Mirzəxanyan tərəfindən Allahşükür Paşazadəyə Gürcüstana səfəri zamanı təqdim olunub.
«Novosti Armenii»-yə istinadən verilən məlumatına görə, erməni kilsəsinin mətbuat xidmətindən bildirilib ki, 2011-ci ildə Moskvada keçirilən üçtərəfli (Rusiya pravoslav kiləsi başçısının da iştirakı ilə) danışıqlar zamanı bu görüşün Qarabağda gerçəkləşdirilməsi təklif olunub. |