Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 16 » Ermənistan fəlakət qarşısındadır: Bu düşmən dövlətin hətta mövcudluğu belə, təhlükəyə girib
16:34
Ermənistan fəlakət qarşısındadır: Bu düşmən dövlətin hətta mövcudluğu belə, təhlükəyə girib

Ermənistanda fevral ayının 18-də keçiriləcək prezident seçkilərinə bir aydan da çox vaxt qalmasına baxmayaraq, artıq hamı Mərkəzi Seçki Komissiyasının hazırkı dövlət başçısı Serj Sarkisyanı yenidən prezident elan edəcəyi günü gözləyir.
   
Ermənistanda artıq heç kim yeni prezidentin kim olacağı ilə bağlı sual vermir. Halbuki bu sual bir neçə ay bundan əvvələ qədər vaxtaşırı gündəmə gətirilirdi: Serj Sarkisyanmı, yoxsa Robert Köçəryan? 

Başqa bir versiya da irəli sürülürdü: Ya Serj Sarkisyan, ya da Q.Tsarukyan... 

Sabiq xarici işlər naziri Vardan Oskanyanın deputat toxunulmazlığının ləğvindən sonra erməni cəmiyyətində növbəti hədəfin "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) lideri Qagik Tsarukyanın olacağı ilə bağlı mesajlar verilirdi. Erməni mətbuatının yazdığına görə, Serj Sarkisyan Vardan Oskanyanın deputat toxunulmazlığının ləğvindən sonra Qagik Tsarukyanla görüşərək, ondan prezident seçkilərində onun namizədliyini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı qəti qərar tələb edib.

Prezident seçkilərində hakim Ermənistan Respublika Partiyasının əsas rəqibi "Çiçəklənən Ermənistan" Partiyası hesab olunurdu. Bu partiyanın arxasında duran eks-prezident Robert Köçəryanın da  hakimiyyətə qayıtmaq niyyətində olduğu deyilirdi. 

Görünür, Serj Sarkisyan "Çiçəklənən Ermənistan" Partiyasını seçki prosesindən uzaq durmağa razı sala bilib. Serj Sarklisyanın prezident seçkisində rəqibsiz qalmasında Rusiyanın ona verdiyi dəstəyin də mühüm rol oynadığı deyilir. Moskvanı Serj Sarkisyandan razı salan məqamlar isə kifayət qədərdir.

Politoloq Qabil Hüseynli bildirib ki, Rusiya əvvəlcə Serj Sarkisyanı dəyişmək fikrinə düşsə də, ancaq Moskvanın maraqlarını ondan daha çox təmin edə biləcək başqa şəxs tapa bilməyib: "Rusiya Robert Köçəryan üzərində dayanmaq istəsə də, bu, alınmadı. Çünki onda müəyyən mənfi keyfiyyətlər tapmışdılar. Serj Sarkisyan Rusiyanın maraqlarını lazımı şəkildə təmin edir. Kremldən verilən bütün əmrlər S.Sarkisyan tərəfindən sözsüz yerinə yetirilir. İtaətkarlıq məsələsində S.Sarkisyan başqalarından fərqlənir, bu baxımdan da Rusiya onun üzərində dayandı”.
  
Ermənistan cəmiyyətində isə namizədlərin gücü arasındakı qeyri-bərabərliyin dərin bir uçurumu xatırladığı deyilir. 

Bu barədə danışan politoloq Qarik Keryan hesab edir ki, yalnız sabiq baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan və sabiq xarici işlər naziri, İrs Partiyasının lideri Raffi Ovannisyan bütün ölkə ərazisində seçki kampaniyası təşkil edə bilərlər. Politoloq prezidentliyə namizədlərin seçki platformalarını cəmiyyətə tədqim etmək əvəzinə "Levon Ter-Petrosyan seçkilərə qatılacaqmı”, ″Qagik Tsarukyan nə üçün kimsəni dəstəkləmir?”, "Robert Köçəryan hansı qərarı verəcək?” kimi spekülyasiyalara diqqətin yönəldildiyini söyləyib.

Seçkiöncəsi vəziyyətlə bağlı daha bir açıqlama Ermənistan Milli Akademiyasının Filosofiya, Sosiologiya və Hüquq İnstitutunun direktoru Gevork Poqosyandan gəlib. 

Onun qənaətincə, əsas problem məhz Ermənistanın demokratiya yolundan uzaq düşməsidir: "Gərək unutmayaq ki, biz avtoritar cəmiyyətik və bizdə hakimiyyət də avtoritar mahiyyətlidir. Əlbəttə ki, bizdə demokratik mexanizmlər, demokratiya institutu konstitusional olaraq, kağız üzərində var, yaradılıb, ancaq reallıqda ölkədə avtoritar rejim hökm sürür”.
 
Erməni ekspert əmindir ki, Serj Sərkisyan ikinci dəfə prezident seçilərsə, Ermənistanın boşalması daha sürətlə gedəcək: "Hər seçkidən sonra Ermənistandan emiqrasiya sürətlənib. Yenə də belə olacaq. Çünki növbəti dəfə öz namizədinin qələbəsini görməyən çoxları, dəyişiklik gözləyə-gözləyə daha da məyus duruma düşürlər”.

Qabil Hüseynli erməni sosioloqun açıqlamasını şərh edərkən Serj Sarkisyanın Qarabağ klanının rəhbərlərindən biri olduğuna diqqəti çəkib: "Bu klanın rəhbərləri olan S.Sarkisyan və Robert Köşəryanın səyləri nəticəsində Ermənisyanın yerli əhalisi həm siyasi, həm də iqtisadi proseslərdən kənarda qalıb. Onların bir çoxu da çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Ermənistanın siyasi elitasının əksəriyyətini Qarabağdan olan şəxslər təşkil edir. Yəni, yerlilər və gəlmələr məsələsi Ermənistanda kəskin şəkildə mövcuddur. Bu baxımdan, hesab edirəm ki, S.Sarkisyanın seçiləcəyi halda miqrasiya, təbəqələşmə prosesləri daha da sürətlənəcək. Nəticə etibarilə erməni cəmiyyətinin yekdilliyini təmin etmək mümkün olmayacaq. S.Sarkisyan prezident seçiləcək, Amma bu ölkə rus silahının hesabına müstəqilliyini birtəhər qoruyacaq, yoxsulluq və geriliyin hökm sürdüyü bir ölkə statusunda qalacaq”. 

Belə görünür ki, Ermənistan fəlakət qarşısındadır. Bu düşmən dövlətin hətta mövcudluğu belə, təhlükəli mərhələyə girmiş kimi görünür. Çünki Serj Sarkisyan Ermənistanı sürətlə boşaltmaqda davam edir.
Category: XƏBƏRLƏR | Views: 428 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 07:48
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012