Onlar Ermənistanda 180 gün vizasız qala biləcəklər
Avropa Birliyi və Şengen sazişi ölkələrinin vətəndaşları Ermənistana vizasız gedə biləcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə BNS agentliyinə Latviyanın Xarici İşlər Nazirliyindən verilib.
Ermənistan hökuməti yanvarın 10-dan Avropa Birliyi və Şengen sazişini qəbul etmiş digər ölkələrin vətəndaşları üçün viza rejimini ləğv edib. Bu gündən həmin vətəndaşlar Ermənistana vimzasız gedə və orada 180 gün qala biləcəklər.