Sosial şəbəkələrdə "Əsgər getmək istəmirəm anacan" adlı təsirli videoçarx paylaşılıb.
Son zamanlar Azərbaycan ordusunda baş verən əsgər ölümləri ölkə ictimaiyyətini hiddətləndirib.
Artıq Azərbaycan ordusunun döyülərək öldürülən əsgəri və digər əsgər ölümləri üçün etiraz aksiyası keçirilməsi üçün facebookda qrup yaradılıb. Əsgər ölümlərinə etiraz əlaməti olaraq yaradılan qrupda aksiyaya gələnlərin 12000-i keçib. Aksiya yanvarın 12-i, saat 16.00-a Fəvvarələr Meydanına təyin edilib.
Bundan əlavə sosial şəbəkələrdə "Əsgər getmək istəmirəm anacan" adlı təsirli videoçarx paylaşılıb. Videoda əsgərlərimizin özümüzünkilər tərəfindən öldürülməsinə etiraz edilir.