Bölgədə piton ilanları çoxalaraq sayları 150 000-ə çatıb Amerikanın Florida əyaləti Birma pitonlarının hücumuna məruz qalıb. İlanların qarşısında aciz qalan əyalət rəsmiləri çıxış yolu kimi mükafatlı ov müsabiqəsi elan ediblər. Məlumata görə, bölgədə piton ilanları çoxalaraq sayları 150 000-ə çatıb. Ərazidə pitonu ovlayan və onunla qidalanan heyvan olmadığı üçün ilanların sürətlə çoxalır. Vətənləri Cənub-Şərqi Asiyanın Birma ölkəsi olan pitonların Florodaya hardan gəldiyinin sirrini bilən yoxdur. Problemin həlli yolunu tapa bilməyən rəsmilər müsabiqə elan ediblər.
Qeyd edək ki, 1 ay davam edəcək müsabiqənin nəticəsində ən çox piton ovlayana 500, ən uzun pitonu yaxalayana 1 000 dollar mükafat veriləcək. Məlumata görə, müsabiqədə iştirak etmək üçün artıq 500 ovçu qeydiyyatdan keçib.
|