Bu gün Sankt-Peterburda FİFA-nın ilk prezidenti valentin Qranatkinin xatirəsinə həsr edilmiş gənclər arasında (U-19) beynəlxalq futbol turniri start götürüb.
Xəbər verilir ki, turnirdə Azərbaycan yığması da iştirak edir.
Yığmamız bu gün ilk matçda Litva ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda Çexiya və Ukrayna qarşılaşıb - 3:3.
Turnir cədvəlinə 3 xalla başçılıq edən Azərbaycan 2-ci turda Çexiya yığması ilə qarşılaşacaq. Bu oyun sabah saat 14:15-də başlayacaq.