Main » 2013 » January » 6 » Google Earth Azərbaycan barədə kobud yanlışlıqları davam etdirir
11:52 Google Earth Azərbaycan barədə kobud yanlışlıqları davam etdirir |
Məşhur Google Earth layihəsində Azərbaycanla bağlı məlumatlarda kobud səhvlərə yol verilir.
Google Earth - Google şirkətinin layihəsidir, onun sayəsində internetdə Yer səthinin peykdən çəkilmiş fotoları yerləşdirilir. Bir çox hallarda Google Earth-ün rusca variantı Google Планета Земля adlanır. Peyk şəkillərini adi brauzerdə (məsələn, Google Maps) göstərən servislərdən fərqli olaraq, burada xüsusi, kompüterə yüklənən müştəri proqramı Google Earth-dən istifadə olunur.
Milli.Az bildirir ki, Day.Az redaksiyasına Google Earth layihəsinin Azərbaycanla bağlı səhvləri barədə məktublar daxil olur. Resursun Qarabağ ərazisindəki səhvləri oxucular tərəfindən çoxdan sezilib. Bu səbəblə Day.Az dəfələrlə oxucularını Google Earth rəhbərliyinə Azərbaycanla bağlı səhvləri aradan qaldırmaq tələbi ilə müraciət etməyə çağırıb. Ancaq saytın administrasiyası hələ də mövcüd səhvləri düzəltməyib.
Əslində, Qarabağ və bitişik ərazilərə 60 km yüksəklikdən baxanda bu rayonda heç bir səhv nəzərə çarpmır. Bütün toponimlər onların müasir adlarına uyğun gəlir (Şuşa, Laçın, Xankəndi) və bütün rayon Azərbaycan ərazisi kimi göstərilir. Üstəlik, bu ərazidəki iri yaşayış məntəqələrinin adları Azərbaycan dilində təkrar olunur.
Səhvlər isə 20 km və daha alçaq yüksəklikdə ortaya çıxır. Bunların sayı onlarladır. Ərazi daha aşağı yüksəklikdən nəzərdən keçirildikcə isə səhvlərin sayı artır.
Azərbaycanla bağlı səhvləri sadalamazdan öncə bildirək ki, Google Earth istifadəçilərinə geniş imkanlar yaradır, bunlardan yararlanan hər bir şəxs kosmosdan çəkilmiş şəkillərdə bəzi əraziləri qeyd edə (məsələn, orada yerləşən şirkət və ya firmanın adı, yaxud hansısa tarixi yer və s.), həmçinin oradakı müəyyən nöqtələrdə şəkil yerləşdirə bilər.
Beləliklə, Azərbaycanın işğal altında olan ərazilərindəki bütün səhvlər məhz istifadəçilərə verilən bu geniş imkanın nəticəsində yaranıb.
Google Earth layihəsində Azərbaycanla bağlı səhvləri üç şərti qrupa bölmək olar:
1. Ərazini 20 km-dən alçaqda gözdən keçirdikdə toponimlərlə bağlı səhvlər var. Məsələn, əgər 60 km-dən yalnız «Xankəndi» adı görünürsə, daha aşağı «düşdükdə» reallıqla heç bir bağlılığı olmayan qeydlər var. Həmçinin bu ərazidə toponimlərin ermənicə adlarına da rast gəlmək olar. Bundan başqa, bir çox obyektlər qondarma «Dağlıq Qarabağ Respublikası»na aid olunub.
2. Azərbaycanın bir çox tarixi abidələri «qədim erməni» abidələri kimi təqdim olunur.
3. Obyektlərin çoxunun separatçı «DQR»ə məxsus olduğu qeyd olunur.
Görünür ki, bu səhvlər əsasən erməni millətçilərinin bu layihədə aktivliyi ilə əlaqədardır. Bu adamlar onlarla fotoşəkil yerləşdirirlər, bu səbəbdən də bir çox yerlər, toponimlər öz əvvəlki görünüşünü itirir, bizim tarixi abidələrimiz isə erməniləşdirilir.
Əlbəttə, bununla mübarizə aparan azərbaycanlılar da var. Onlar da özlərinin həmin ərazilərdə çəkilmiş fotolarını və tarixi abidələrin görüntülərini yerləşdirir və bunların kimə məxsus olduğunu da qeyd edirlər (bəzən bu fotolara aid şərhlərdə azərbaycanlı və erməni istifadəçilər arasında «müharibə» gedir). Ancaq belə vətənpərvərlərin sayı çox azdır.
Bununla əlaqədar Day.Az bütün oxucularını vətəndaş məsuliyyəti göstərərək Google Earth layihəsində erməni separtçıları və yalançı tarixçilərini öz aktivlikləri ilə sıxışdırmağa çağırır.
Əminik ki, Day.Az oxucularının arasında bu resursda Dağlıq Qarabağa aid şəkilləri, həmin ərazidə yerləşən tarixi abidələrin və digər obyektlərin tarixi və mənsubiyyəti barədə mətnləri yerləşdirə biləcək Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən olan köçkünlər, həmçinin tarixçilər və digər mütəxəssislər var.
Digər oxucular da kənarda qalmamalıdırlar. İnternetdə Qarabağ ərazisində Azərbaycanın tarixi abidələrinin şəkilləri çoxdur, bunları qısa mətnlə bərabər Google Earth-də yerləşdirmək mümkündür.
Google Earth proqramını buradan yükləmək olar.
Google Earth-ün administrasiyası öz istifadəçilərinə bu forumda kömək etməyə hazırdır.
|
Category: XƏBƏRLƏR |
Views: 590 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|