Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 2 » Gülər Əhmədova Sevinc Babayevanı zəhərləməsi barədə ittihamlara cavab verdi
11:15
Gülər Əhmədova Sevinc Babayevanı zəhərləməsi barədə ittihamlara cavab verdi

"Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir.  Mən əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədər. Belə bir bir vəziyyətdə olan insanı təhdid edib, ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır”. 

Azeri-Xeber.ucoz.com  moderator.az-a  istinadən xəbər verir ki, bu fikirləri sabiq deputat Gülər Əhmədova Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun anasının ölümündə onun əlinin olması barədə yazdığı məktuba münasibətində söyləyib.

Gülər Əhmədova bildirib ki, Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticəsini gözləyir: "Mən dəqiq bilirəm ki, Elşad Abdullayev o uşağı qorxudub. Mən oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyyəm var ki, təmkinli olsun”.

Onun sözlərinə görə, bir müddət əvvəl facebook-da onun adından saxta profil yaradılması da bu təxribatın tərkib hissəsidir: "Mənim adımdan səhifə yaradıb, ağılllarına gələni yazmışdılar”.

Sevinc Babayevanın üzərində başqa  bir məsələ ilə bağlı cinayət işinin olduğunu deyən sabiq deputat onun Elşad Abdullayevdən bütün dövlət orqanlarına şikayyəti olduğunu da dedi: "Elşad Abdullayev onunla bərbar onunla işləyən daha iki qadını müflis etmişdi. Onunla işləyən insanları aldadıb qaçıb getdi. Sevinc Elşaddan ona verdiyi pulları ala bilmirdi.  Nəticədə minlərlə valideyin qarşısında bu insanlar qaldı. Məndə Sevinc Babayevanın mesajları var. O bu mesajları Türkiyəyə gedəndən sonra yazıb. Mən həmin mesajları saxlayıram. Müvafiq orqanlara da təqdim edəcəyəm”.  

Sevinc Babayevanı onun ölkədən çıxarması barədə iddialara gəlincə, Gülər Əhmədova bunları dedi: "Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.

G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırlatdı: "Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”.
Category: XƏBƏRLƏR | Views: 412 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 06:52
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012