Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 3 » Gürcüstanda azərbaycanlı ailəsi güllələnib, iki ölü, bir yaralı var
11:11
Gürcüstanda azərbaycanlı ailəsi güllələnib, iki ölü, bir yaralı var

Qatil hadisə yerindən qaçıb

Yanvarın 1-də axşam saat 18 radələrində Gürcüstanın Marneuli rayonunun Görarxı (Alget) kəndində bir ailə güllələnib. APA-nın məlumatına görə, hadisəni kənd sakini Ramiq Əbdürrəhmanov törədib. Kənd sakinləri bildiriblər ki, R.Əbdürrəhmanovun həmkəndlisi və qonşusu, 45 yaşlı Dövrüşov Ramizə 4 güllə vurub. Daha sonra o, R.Dövrüşovun evinə gələrək, onun həyat yoldaşı Cəvahir Dövrüşovanın başından 3 güllə vuraraq, öldürüb.


R.Əbdürrəhmanov R.Dövrüşovun oğlu, 22 yaşlı Vəli Dövrüşovu da güllələməyə cəhd edib. Lakin V.Dövrüşov qaçaraq həyətdəki tövlədə gizlənib. R.Əbdürrəhmanov tövləyə qumbara atıb.

Yeni ailə qurmuş V.Dövrüşovun qara ciyəri qumbaranın qəlpələri ilə zədələnib, hər iki ayağı sınıb. 
Marneuli rayon xəstəxanasında V.Dövrüşov üzərində cərrahiyyə əməliyyatı aparılıb, onun vəziyyəti orta ağır qiymətləndirilir.

V.Dövrüşovun həyat yoldaşı Nənəxanım Dövrüşova isə qaçdığı üçün R.Əbdürrəhmanovun gülləsinə tuş gəlməyib.

R.Əbdürrəhmanov hadisə yerindən qaçıb. Hazırda Kvemo-Kartli bölgə polis idarəsinin əməkdaşları onunla bağlı axtarış tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, hadisə zamanı baş vermiş qumbara partlayışından qonşu evlər də zərər çəkib.
Hadisəni törədən Ramiq Əbdürrəhmanov öz şəxsi avtomobili ilə kənddə taksi sürücüsü kimi çalışıb, bir neçə uşağı bağçaya aparıb-gətirirmiş.
Category: Kriminal | Views: 488 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 00:53
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012