Suriyada silahlı müxalifət ölkənin şimalındakı Taftanaz şəhəri yaxınlığında yerləşən Afis hərbi aerodromunda yerləşən hərbi vertolyotları pulemyot və minaatanlardan atəşə tutub.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın müxalifyönlü İnsan Haqları üzrə Müşahidə Şurası bəyan edib.
Məlumata görə, hücumda "əl-Qaidə" ilə əlaqəsi olan "Front ən-Nüsra" qruplaşması və "Əhrar əş-Şam briqadası" iştirak edib.
Atışma nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.
|