Xebername.org İnternet qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində ictimai-dini xadim Abgül Süleymanovun apellyasiya şikayəti ilə bağlı növbəti proses keçirilib.
Hakim Abgül Süleymanovun evində axtarış aparılan zaman həyata keçirilmiş videoçəkilişlə bağlı vəsatəti təmin etməyib və 11 illik həbs qərarını qüvvədə saxlayıb.
Hakimin qərarına məhkəmə prosesində iştirak edənlər etiraz edib.