Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 7 » Hicaba görə məktəbə buraxılmayan qız
12:07
Hicaba görə məktəbə buraxılmayan qız

11-ci sinif şagirdi Tamilla Mustafayeva təhsil aldığı Xaçmaz rayonundakı 9 saylı məktəbdən xaric edilib

Bunu "Azadlıq Radiosu"na onun babası Cəmaləddin Mustafayev deyib:

«Mənim nəvəm dərslərini yaxşı oxuyurdu. Rayonda riyaziyyat fənni üzrə keçirilən olimpiadanın qalibi idi. Dərslərinə məsuliyyətlə yanaşırdı, eyni zamanda dini inanclı idi, hicaba girmişdi. Buna görə onu məktəbdən qovdular».

Cəmaləddin Mustafayev deyir ki, dərs kitablarının da əlindən alınması təhsilə həvəsli olan nəvəsini sarsıdıb:

«DİNİ İNANCA GÖRƏ...»

«Mənim nəvəm tərbiyəlidir, elmə, təhsilə meyllidir. Dinlə məşğul olmağı onun təhsilinə mane olmurdu. Belə uşaqları təhsildən ayrı salmaq düzgün deyil. Gərək elə qısa ətək geyinəydi ki, onu məktəbdə saxlayaydılar?».

Baba deyir ki, hicab geydiyinə görə məktəb rəhbərliyi Tamilla ilə son dərəcə kobud davranırmış.

«DARVAZADAN İÇƏRİ GİRƏNDƏ HİCAB AÇILMALIDI»

Məktəbin direktor müavini Fərrux İsrafilov deyir ki, hicablı şagird təhsil nazirinin hicablı məktəbə gəlməyi qadağan edən əmrinə əsasən məktəbdən xaric edilib:

«Məktəbin darvazasına qədər hicabla gələ bilərlər, ancaq darvazadan içəri daxil olanda hicab başdan açılmalıdır. O şagird özü öz seçimini edib, məktəbdən gedib».

Sinif rəhbəri Kamran Əlifxanov hicablı şagirdin tərbiyəli, təhsilə həvəsli olduğunu, ancaq müstəqil seçim edərək məktəbdən getdiyini deyir:

Namizəd Səfərov ​​«Evlərinə bir neçə dəfə şagird göndərdik, gəlmədi. Ona
görə də sonuncu dəfə evlərinə şagird göndərdik ki, gəlmirsə, kitabları yığ gətir».


Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov deyir ki, Tamillanın təhsilinin yarımçıq qalması onun təhsil hüquqlarının pozulması deməkdir:

«Konstitusiya hər bir vətəndaşa təhsil almaq hüququ verir və heç bir qanunda yazılmayıb ki, hicab taxan şagird məktəbdən qovulmalıdır. Bu, hansısa nazirin heç bir qanuna söykənməyən daxili əmridir. Şagirdin valideynləri məhkəməyə müraciət etməli, nazirin əmrinin qanuna söykənmədiyini mübahisələndirməli, bu yolla da övladlarının təhsil hüquqlarının bərpasına çalışmalıdılar».

Category: Mənəviyyat | Views: 492 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 03:01
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012