Hindistan və Pakistan arasındakı gərginlik kulminasiya nöqtəsinə çatıb. Lent.az-ın "New Dehli” qəzetinə istinadən verdiyi məlumata görə, Kəşmirdə sərhəd bölgələrindəki atışmalara Hindistan tərəfindən sərt təpgi verilib.
Hindistan Silahlı Qüvvələrinin rəhbərliyi ən kiçik atəşkəs pozuntusu baş verdiyi halda bölgədəki hərbi birləşmələrin komandanlarına buna aqressiv cavab vermək və hücuma keçmək barədə əmr verib. Hindistan ordusunun sözçüsü deyib ki, əmr birmənalıdır, Pakistan ordusuna ən sərt formada cavab veriləcək.
Qeyd edək ki, Pakistan və Hindistan rəsmilərinin son durumu müzakirə etmək üçün bir araya gələcəkləri gözlənilir. Hər iki dövlət nüvə silahına malikdir.