Main » 2013 » January » 2 » ƏHMƏDİNEJADDAN SƏRT TƏNQİD
12:21 ƏHMƏDİNEJADDAN SƏRT TƏNQİD |
İran prezidenti Mahmud Əhmədinejad ölkədə tələbələrə qarşı şəriət təzyiqlərini tənqid edib. Bazar günü etdiyi bir çıxışda Əhmədinejad "Təlimat və qərarlarla bəzi şeyləri saxlaya bilməzsiniz, təzyiqlə olan bir seçimin dəyəri yoxdur" deyə bildirib. Əhmədinejad xüsusilə tələbə qızlara çadra geymələri üçün edilən təzyiqlərə qarşı çıxıb. "Bəzi universitetlərdə qızlar çarşab geyməyə məcbur edilir, bunu zorla edirlər. Bundansa onu geyməsələr yaxşıdır. Çünki belədə o geyimin bir dəyəri olmur", - deyə bildirib. Universitetlərə qəbulda tətbiq edilən meyarları da tənqid edən Əhmədinejad deyib ki, hansısa oğlan tələbə saqqal saxlamadığı üçün universitetə buraxılmır, hansısa qız tələbə yolda bir oğlanla danışarkən görüldüyü və ya örpəyi sürüşdüyü üçün müraciətini qəbul etdirə bilmir. Səlahiyyət müddəti bu il başa çatan Əhmədinejad dövlət məmurlarını işə götürərkən aparılan müsahibələrdə verilən suallara da irad tutb. "İnsanlardan spirtli içki qəbul edib-etmədiklərini, ya da kiminləsə nkahdankənar əlaqədə olub-olmadığını soruşduq. Bu, bir alçaltma və dinə zidd hərəkətdir", - deyə o, bildirib.
|
Category: XƏBƏRLƏR |
Views: 487 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|