Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 10 » İlk qəzadan sağ çıxan sürücü ikinci qəzada öldü
09:08
İlk qəzadan sağ çıxan sürücü ikinci qəzada öldü

Qəzaya məruz qalan maşınların sürücüləri söhbət edərkən başqa avtomobil onları vurub

Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində baş dövlət yol polisi idarəsinin ekoloji nəzarət postunun yaxınlığında qeydə alınıb. Siyəzən rayon sakini 46 yaşlı Qasımov Rüstəm İmran oğlu idarə etdiyi ağır tonnajlı yük maşını ilə qarşıda hərəkətdə olan 32 yaşlı Osmanov Şahin Əliyar oğluna məxsus "Mercedes” markalı minik avtomobili ilə toqquşub. 


Qəzadan sonra hər iki sürücü yolun kənarında baş vermiş hadisə ilə bağlı söhbətləşən zaman anidən naməlum avtomobilin zərbəsinə tuş gəliblər. Nəticədə yük maşının sürücü Rustəm Qasımov yerindəcə keçinib. "Mercedes”in sürcüsü isə təcili olaraq respublika kliniki tibbi mərkəzə aparılıb. 

Hadisəni törədən avtomaşın qəzadan sonra ərazidən yayınıb. Onu da əlavə edək ki, naməlum avtomobil ərazidən uzaqlaşarkən "Azsamand” maraklı diğər avtomaşını da əzib.

Yol patrul xidməti və Binəqədi rayon polis idarəsinin əməkdaşılarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan avtomobilin sürücüsü artıq müəyyən edilərək saxlanılıb. Bu 27 yaşlı Bakı şəhər sakini Əmirov İlqar Oruc oğludur. Ona məxsus "Mercedes” maraklı minik avtomobili isə cərimə meydansşasına aparılırıb. 

Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi rayon prokururluğunda cinayət işi başlanılıb. 

Qeyd edək ki, hadisəsi nəticəsində xəsarət alan 32 yaşlı Şahin Osmanov müdafiə nazirliyində "N” saylı hərbi hissəsinin giziridir.
Category: Faciə | Views: 469 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 02:55
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012