Anqlikan kilsəsi cinsi azlıqların yepiskop olması ilə bağlı yasağı ləğv edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yeni qaydalara əsasən, həmcinsi ilə vətəndaş «nikahında» olan keşişlər «subaylığa» əməl edəcəkləri halda yepiskop ola bilər.
Əvvəllər isə «fəal» əlaqəyə görə «tövbə» edənlər bu vəzifəni tuta bilərdi. Bu mübahisə 2003-cü ildən bəri davam etməkdədir. Ənənəviçilərin etirazı ucbatından bu məsələ öz həllini tapmırdı.