Aslan Usoyanın öldürüldüyü gecə avtoritetlərin toplantısının baş tutduğu deyilir KİV kriminal avtoritet Aslan Usoyanın 16 yanvarında Moskvanın mərkəzindəki restoranda öldürülməsindən sonra onun ölümünün hansı qüvvələr üçün sərfəli olduğunu müzakirə edir. ANS PRESS-in məlumatına görə, artıq "Ded Xasan" ləqəbli avtoritetin öldürülməsini əks etdirən video yayılıb. Videoda "Ded Xasan"nın restoranla üzbəüz binanın damından güllə ilə vurulduğu görünür. İlk atəşdən sonra avtoritetin cangüdənləri onu restoranın içinə sala biliblər. Lakin bundan sonra daha 5 güllə atılıb. Güllələrdən biri restoran işçisinə dəyib. Həmin şəxs hazırda reanimasiyadadır. Ehtimal edilir ki, qatil tək olmayıb. Ölümündən bir qədər əvvəl Usoyan cangüdənlərinin sayını xeyli artırmışdı. O, həyatı üçün bərk qorxurdu. Digər kriminal qruplarla meharibə səbəbindən onun ölümü bir çoxları üçün maraqlı idi. Bəzi ehtimallara görə, onun ölümünü bir neçə il bundan əvvəl Rusiyadan Birləşmiş Ərəb Əmirliklərinə köçən avtoritetlər sifariş edə bilərlər.
Bu dəstə avtoritet 2012-ci ilin sonunda Dubayda xüsusi toplantı təşkil edib. Tədbirdə 50-dən artıq kriminal avtoritetin iştirak etdiyi bildirilir. Onların "Ded Xasan"nın qətlinə fərman verdikləri bildirilir.
Bundan başqa Usoyana güllə atan killerin ya keçmiş hərbçi, ya da idmançı-biatlonçu olduğu bildirilir. Belə ki, bu cür məsafədən hədəfi dəqiq vurmaq praktiki olaraq mümkünsüzdür. "Ded Xasan"ın ölümündən sonra kriminal avtoritetlər onu kimin əvəzləyəcəyi sualına cavab tapmağa çalışırlar. Onu qardaşı oğlu Dmitri Çannturiyanın (onu həm də Miron çağırırlar) əvəzləyəcəyi bildirilir.
Bundan başqa bu il İspaniya həbsxanasından digər məşhur kriminal avtoritet Zaxari Kalaşov (onu həm də gənc Şakro çağırırlar) çıxacaq. Usoyanın öldürüldüyü gecə kriminal avtoritetlərin bir yerə toplaşaraq onu kim əvəz edəcəyi sualına cavab tapdıqları bildirilir. 40 dəqiqə davam edən görüşdən sonra kriminal avtoritetlərin avtomatlarla silahlanmış cangüdənlərlə məkanı tərk etdikləri bildirilir. İstisna edilmir ki, toplantıda "Ded Xasan"ın əvəzləyicisi kimi məhz onun qardaşı oğlu seçilib.
|