Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » “Əl-Qaidə“ Fransanı hədələdi
15:23
“Əl-Qaidə“ Fransanı hədələdi

Mali təhlükəsizlik qüvvələri Diabali şəhərində fransız əsgərlərinin islamçı qruplaşmalarla qarşıdurmaya girdiyini açıqlayıb. Xarici mediaya istinadən verilən məlumatına görə, "Əl-Qaidə" terror təşkilatı isə Fransanı təhdid edib. 

Məlumata görə, Diabali bazar ertəsi üsyançıların nəzarətində olub. Ancaq Fransa hava qüvvələrinin müdaxiləsindən sonra şəhər üsyançılardan alınıb. Malidəki döyüşün altıncı günün isə prezident Fransua Oland bu müdaxilənin dəstəkləyən çıxış edib: "Müdaxilə etməsəydik, çox gec olardı". 

Fransız rəsmiləri Malidəki qarşıdurmalara görə Almaniya və ABŞ-dan da dəstək aldıqlarını söyləyiblər. 

Onların sözlərinə görə, İngiltərə bölgəyə iki nəqliyyat təyyarəsi göndərib. Son olaraq İtaliya da dəstək verməyə hazır olduğunu, amma quruda qarşıdurmaya girməyəcəyini açıqlayıb. 

Artıq dünəndən 30 hərbi konvoy üsyançıların ələ keçirdiyi Diabali qəsəbəsinə doğru hərəkətə keçib. Fransız əsgərlərinə dəstək olmaq üçün Maliyə göndərilən ilk Afrika qüvələrinin isə ölkəyə sabah çatacağı gözlənilir. 

Son məlumatlara görə, fransız döyüş təyyarələri qəsəbəyə havadan nəzarəti ələ keçirdikdən sonra üsyançıların mövqeləri dayanmadan bombalanır. 

"Əl-Qaidə" ilə yanaşı,  "Tövhid" və "Cihad" hərəkatı da Fransanı Maliyə girməsinə görə təhdid edib. İslamçı qruplaşmalar Fransanın bu addımın əvəzinin ağır olacağını bildiriblər. 
Category: XƏBƏRLƏR | Views: 469 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 00:47
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012