Afrika İttifaqının ordusu Somali silahlılarının ardınca düşərək səhvən dini məktəblərdən birinə atəş açıblar. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, nəticədə 7 nəfər ölüb. Onlardan 5-i 10 yaşdan aşağı olan orta məktəb şagirdləri olub.
Hadisə ölkə paytaxtından 120 kilometr aralıda yerləşən Letto kəndində baş verib.
Qeyd edək ki, Afrika İttifaqının ordusu Somali hökumətinə "Əl-Qaidə” terror təşkilatı ilə bağlı olan "Əl-Şəbaab” silahlı qruplaşmasına qarşı mübarizədə yardım edir.
|