Rusiyanın paytaxtı Moskva şəhərində kriminal aləmin ən nüfuzlu avtoritetlərindən biri, "Ded Xasan" ləqəbli Aslan Usoyan qətlə yetirilib.
Moskva polisinin verdiyi məlumata görə, Ded Xasana sui-qəsd paytaxtın Povarskoe küçəsində baş verib.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, bu gün Moskva saatı ilə 14:30 radələrində "Karetnıy dvor" restoranından çıxan Ded Xasan snayperin açdığı dəqiq atəşlə öldürülüb.
Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan "kriminal avtoritet" reanimasiyada canının tapşırıb.
Arayış: Aslan Usoyan (Ded Xasan), 1937-ci ildə Gürcüstanda anadan olub. Milliyətcə yezidi kürddür. O, Rusiyanın ən böyük mafioz klanlarından birinin rəhbəri kimi tanınrdı |