BƏƏ-də yaşayan məşhur sünni alim Əhməd Əl-Kubeysi, Bütün səhabələrin hamısının eyni dərəcədə olmadığını bəzilərinin, bəzilərindən daha üstün olduğunu, Müaviyənin İslamdan çıxmış bir mürtəd olduğunu, onun Müsəlmanların bir neçə qrupa bölünməsindən məsul olduğunu və vəzifə uğruna İslam ümmətini parçaladığını söyləyib.
Əhməd Əl-Kubeysi, vəhabilərə səslənərək bunları söyləyib:
"Sizlər nasibisiniz. Nasibilər, Müaviyənin davamçılarıdır. Müaviyə, Hz. Əliyə (ə) lənət və küfr etmək əmri vermişdi. Bu gün bizlər hər nə çətinlik çəkiriksə Müaviyənin ucbatındandır. İnsan həm Hz. Əlini (ə) həm də onun qatillərini sevə bilməz."
Vəhabilərin iddiasına görə özlərindən başqa hər kəsin bidət əhli oduğuna toxunan şeyx, Liviyada 150 nəqliyyat vasitəsilə silahlı vəhabilərin Quran kurslarına basqınlar təşkil etdiyini və bunun Allah qullarına düşmənçilik olduğunu söyləyib. Həmçinin vəhabilərin lənətə laiq olduqlarını və Hz Məhəmmədin (ə) şəfaətindən uzaq olduqlarını söyləyib.
|