Türkiyəli yazıçı, "Ağır Roman" əsərinin müəllifi Mətin Qaçan bazar günü səhərə yaxın Boğaziçi Körpüsündən özünü ataraq intihar edib.
Onun adıçəkilən əsəri əsasında eyniadlı film çəkilmişdi.
Xəbər verilir ki, yazıçının Üsküdara getmək adı ilə mindiyi taksinin sürücüsü Yüksəl Güclü hadisədən sonra getdiyi polis bölməsində bildirib ki, şəkillər çəkmək istədiyini deyib, avtomobili yavaş sürməyini istəyib: "Yavaşlayınca da pulqabını və telefonunu çıxarıb oturacağa atdı və avtomobildən atılıb dəmir sədləri keçərək özünü Boğaza atdı".
Yazıçının böyük qardaşı Həsən Qaçan hadisəni təsdiqləyib. |