Mahmud Abbas Fələstin Milli Muxtariyyətini rəsmi "Fələstin dövləti” adlandırılması barədə fərman imzalayıb. Beləliklə, Fələstin milli administrasiyası 2012-ci ilin noyabrında BMT Baş Assambleyasında muxtariyyətin müşahidəçi dövlət qismində tanınmasının reallaşmasına başlayıb.Bundan başqa, fərmanda bütün rəsmi möhürlərdə, medallarda, sənədlərdə, sertifikatlarda, müqavilələrdə, dərsliklərdə, coğrafi xəritələrdə və digər nəşrlərdə ölkənin köhnə adını "Fələstin dövləti” dəyişmək tapşırığı verilib.