Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 6 » Meksikada bir gün ərzində merin ailəsi və polis rəisi daxil olmaqla 30 nəfərədək insan qətlə yetirilib
12:06
Meksikada bir gün ərzində merin ailəsi və polis rəisi daxil olmaqla 30 nəfərədək insan qətlə yetirilib

Meksikada bir gün ərzində merin ailəsi və polis rəisi daxil olmaqla 30 nəfərədək insan qətlə yetirilib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 16 nəfərin qətli ABŞ-la həmsərhəd Çiuaua ştatında qeydə alınıb. Zorakılıq qurbanlarından 6 nəfəri Balyes şəhərin merinin qohumlarıdır, canilər onları işgəncə verdikdən sonra şəhər kənarında vəhşicəsinə öldürüblər.

 

Ölkənin Morelos ştatında isə quldurlar Amakusak şəhərinin polis rəisini cangüdəni ilə birlikdə güllələyiblər. Məlumata görə, aldıqları ağır yaralardan onlar bir müddət sonra xəstəxanada keçiniblər. Qeyd edək ki, polis rəisi bu vəzifəyə cəmi 4 gün əvvəl təyinatını alıb.  

 

Ötən gün daha bir qanlı hadisə ölkənin Torreon şəhərində baş verib. Naməlum silahlı şəxslər bara daxil olaraq 2 nəfəri qətlə yetiriblər. Qeyd edək ki, Torreon şəhərinin müxtəlif barlarında təkcə bu ilin yanvarında 5 nəfər öldürülüb, 6 nəfər isə yaralanıb.

 

Yerli ekspertlər qeyd edirlər ki, ölkədə hakimiyyətin dəyişilməsi və 2006-cı ildə narkomafiyaya müharibə elan etmiş Felipe Kalderonun prezident postundan getməsi hələ ki bölgələrdə zorakılıq səviyyəsini aşağı salmayıb.   

 

Xatırladaq ki, Meksikanın yeni prezidenti Enrike Penya Nyeto seçkiqabağı platformasında cinayətkarlığa qarşı mübarizə taktikasını dəyişəcəyinə və ölkədə cinayətkarlığın səviyyəsinin azaldacağına söz vermişdi.  

Category: XƏBƏRLƏR | Views: 395 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 07:18
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012