Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 9 » Milli Qəhrəman Salatın Əsgərovanın şəhadətindən 22 il ötür
09:58
Milli Qəhrəman Salatın Əsgərovanın şəhadətindən 22 il ötür

O, 1991-ci ildə Laçın rayonu yaxınlığında peşə borcunu yerinə yetirərkən şəhid olub

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist - Salatın Əsgərovanın ölümündən 22 il keçir. O, 1991-ci il yanvarın 9-u, Birinci Qarabağ müharibəsinin qızğın dövründə növbəti reportajını hazırlamaq üçün Şuşaya yollanarkən Laçın - Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin qəfil hücumu nəticəsində şəhid olub. Onun getdiyi maşın mühasirəyə düşüb, daha sonra isə yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Bakıya istedadlı jurnalistin növbəti reportajı yox, cənazəsi gəlib çıxıb. 


O Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Salatın Əsgərovaya Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı” adı verilib. 

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.
Category: XƏBƏRLƏR | Views: 447 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 08:48
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012