Main » 2013»January»6 » Misir səfiri yunan polisini sillələdi (VİDEO)
11:38
Misir səfiri yunan polisini sillələdi (VİDEO)
Rəsmi Lefkoşa baş verənlərə görə Misirdən üzr istəyib
Misirin Cənubi Kiprdəki (yunan Kipri) səfiri Mənha Məhrus Baxum üstündə axtarış aparmaq istəyən polisi sillələyib. Hava limanında meydana gəlmiş hadisədən sonra Cənubi Kipr Xarici İşlər Nazirliyi baş verənlərə görə xanım səfirdən üzr istəyib. Məlumata görə, M.M.Baxum daha sonra hava limanının VİP qapısından keçərək ölkəsinə gedib.
Qeyd edək ki, yerli mətbuat səfirin Avropa Birliyinin tələblərinə görə, VİP qapıdan istifadə etdiyini yazıb. Misirlə diplomatik münasibətləri pozmamaq üçün üzr istəyən XİN rəsmilərinin bu hərəkəti isə etirazla qarşılanıb. Kipr Polis Təşkilatının sədri Andreas Simeu araşdırma başa çatmadan hökumətin üzr istəməsinin qəbul edilməz olduğunu deyib. Simeu dövlətin etibarının zədələndiyini vurğulayıb.