Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 11 » MÜDAFİƏ NAZİRLİYİ ƏSGƏRİN ÖLDÜRÜLMƏSİNİ “AMANSIZ TƏSADÜF” SAYIR
09:17
MÜDAFİƏ NAZİRLİYİ ƏSGƏRİN ÖLDÜRÜLMƏSİNİ “AMANSIZ TƏSADÜF” SAYIR
 

Əsgərin ölümü ilə bağlı bu gün Müdafiə Nazirliyində toplantı keçirilib və ciddi qərarlar qəbul olunub. Bu barədə açıqlamanı ANS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu verib: "Əsgər Ceyhun Qubadovun ölümü onun ailəsi ilə birlikdə Müdafiə Nazirliyi üçün də olduqca ağır və üzücüdür. Nazirlik onun yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verir. Bu, ordu üçün həqiqətən də böyük itkidir, ancaq nə etmək olar ki, bəzən bu cür amansız təsadüflərdən qacmaq olmur”.

E.Sabiroğlu bildirib ki, Müdafiə Nazirliyinin göstərişi ilə ölüm hadisəsi ilə əlaqədar qurumun müxtəlif strukturları tərəfindən hərbi hissədə dərhal araşdırmalara başlanılıb. Öz növbəsində Respublika Hərbi Prokurorluğu fakt üzrə cinayət işi qaldırıb. Hal-hazırda da istintaq gedir.

MN rəsmisinin sözlərinə görə, ölümə səbəb olan vəziyyətin tam dəqiqləşdirilməsi üçün Müdafiə Nazirliyi Respublika Hərbi Prokurorluğu ilə birlikdə hərtərəfli araşdırmanı davam etdirir. O qeyd edib ki, nəticə barədə ictimaiyyət məlumatlandırılacaq: "Əsgər C.Qubadovun ölümü ilə bağlı səslənən döyülmə iddiaları üzərində də ciddi araşdırmalar aparılır. Bu barədə çox eşidirik. Müdafiə Nazirliyi bu hadisəyə qətiyyən biganə qala bilməz. Təqsirkarların məsuliyyətə cəlb olunacağına kimsənin şübhəsi olmasın. Lakin bu hadisədə şəxsi və siyasi məqsədlər güdən maraqlı tərəflərin olduğunü görürük və bundan təəssüflənirik. Bunu qeyd etməyə bilmirik. Ölümlə bağlı aparılan araşdırmalar bəzi intizam qaydalarının pozulması və nəzarətsizlik faktlarını ortaya çıxarır. Bu, həqiqətdir. Müdafiə nazirinin müfaviq əmrinə əsasən Şəmkir hərbi birləşməsinin bir neçə yüksək rütbəli zabiti yol verdikləri qüsur və nöqsanlara, nəzarəti düzgün təşkil etmədikləri üçün intizam qaydasında ciddi şəkildə cəzalandırılıblar. Əmrə əsasən təqsirkar zabitlər şiddətli töhmətdən tutmuş, hərbi rütbələrinin endirilməsinə qədər müxtəlif cəzalara layiq görülüb. Eyni zamanda bir qrup zabitə vəzifəsinə tam uyğun olmaması ilə bağlı xəbərdarlıq edilib, bəzi zabitlər isə tutduğu vəzifədən azad olunub”.

Category: XƏBƏRLƏR | Views: 449 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 06:39
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012