Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 5 » Nəqliyyat Nazirliyinin qoçuları döydükləri sürücünü yola gətirmək istəyirlər
10:41
Nəqliyyat Nazirliyinin qoçuları döydükləri sürücünü yola gətirmək istəyirlər

Bakının Qaradağ rayonu ərazisində, "Lökbatan dairəsi” deyilən yerdə Nəqliyyat Nazirliyinin qoçuları tərəfindən vəhşicəsinə döyülən sürücü Taleh Əliyar oğlu Məmmədov təzyiqlərlə üzləşib. Nəqliyyat Departamentinin əməkdaşları sürücüdən polisə yazdığı şikayət ərizəsindən imtina etmək üçün dilə tuturlar.

 

Bu məlumatı "Yeni Müsavat”a döyülən şəxsin yaxınları verib. Onların sözlərinə görə, T.Məmmədov yanvarın 4-də izahatı alınmaq üçün Qaradağ Rayon Prokurorluğuna çağırılıb. Sürücü onu döyən nəqliyyatçı qoçularla üzləşdirilib. Onu döyənlər 5 nəfər olub. Qoçular T.Məmmədova hücum edərkən Nəqliyyat Departamentinə məxsus 90 AE 467 dövlət nömrə nişanlı xidməti avtomobildə olublar.

 

Qeyd edək ki, T.Məmmədov dekabrın 26-da "Lökbatan dairəsi”ndə öz şəxsi avtomobilində oturub tanışlarını gözləyərkən Nəqliyyat Departamenti əməkdaşlarının qəfil hücumuna məruz qalıb. Ziya Məmmədovun qoçuları Talehi maşından düşürüb və ona heç bir əsas və ya bəhanə gətirmədən möhkəm döyüblər. Onlar sürücünü ölümcül döyməklə də kifayətlənməyərək ona məxsus "Mercedes” markalı, 99 DC 134 nömrəli mikroavtobusu da özləri ilə aparıblar. Ən böyük biabırçılıq isə o olub ki, qoçular maşına basqın edərkən oradan sürücüyə məxsus 500 manatı da oğurlayıb və vətəndaşın pulunu verməkdən imtina ediblər.

 

T.Məmmədov elə döyüldüyü gün tibbi ekspertizadan keçib və ölümcül döyüldüyünə dair rəy alıb. Sonra isə Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinə müraciət edib. Faktla bağlı araşdırma gedir. T.Məmmədovun hüquqlarını tanınmış vəkil Aslan İsmayılov müdafiə edir. Görünür, qoçular işin böyüdüyünü və "bu xəmirin hələ çox su aparacağını” anladıqlarından indi T.Məmmədovu dilə tutub razı salmağa çalışırlar. Nəqliyyat Departamentindən sürücüyə bildiriblər ki, gəl maşınını apar, amma ərizəndə departamentdən heç bir şikayətinin olmadığını yaz.

Category: XƏBƏRLƏR | Views: 463 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 08:41
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012