İsrail rejimində qondarma parlament seçkiləri başa çatıb. İsrail rejiminin hazırki baş naziri Binyamin Netanyaho seçkilərdə qalib gəldiyini elan edib.
Aparılmış eksit-poll nəticələrinə görə, rejimin qondarma baş nazir Binyamin Netanyahonun rəhbərlik etdiyi "Likud” partiyası qələbə qazanıb. Onlar parlamentdə 31 yer qazanıb. Bununla da Netanyaho yenə baş nazir vəzifəsini qoruyub saxlaya bilər.
İlkin məlumatlara görə, ikinci yer "Eş Atid” partiyasına çatıb. 2012-ci ildə Yair Lapid tərəfindən yaradılmış sionist partiyası 19 yer alıb.
Solçuların partiyası olan "Avode” 17 yerlə üçüncü, radikal sağçı "Yəhudi evi” partiyası isə 12 yer qazanıb.
|