"Xalqı dürüst və zəhmətkeş liderdən məhrum etmək istəmirəm"
ABŞ-ın prezidenti Barak Obamanın qardaşı Malik Obama siyasətlə məşğul olacağını açıqlayıb.
Xəbər verilir ki, Malik Obama Kenyanın qərbindəki Siaya əyalətinin bələdiyyə sədri olmaq üçün öz namizədliyini irəli sürəcək.
İqtisadçı olan Malik Obama jurnalistlərə verdiyi açıqlamda qardaşı Barak Obamanın siyasətdəki uğurundan sonra bu qərara gəldiyini bildirib. 51 yaşlı Malik Obama öz xalqını dürüst, özünü xalqa qurban verən və zəhmətkeş liderdən məhrum etmək istəmədiyini deyib. |