Sumqayıtda oğurluqla məşğul olan azyaşlılardan ibarət qrup zərərsizləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıtda çoxsaylı oğurluq cinayətlərinin üstü açılıb. Belə ki, 2012-ci ildən bağlı qalan həmin oğurluqların əksəriyyəti mağazalardan edilib. Araşdırmalar zamanı hadisəni törədən şəxslərin - Aydın Tağızadə, Anar Məmmədov və Tamerlan Musayev olduqları müəyyənləşib. Hadisəni törədən şəxslərin üçü də həbs edilib. Qrup üzvləri Sumqayıtda 10-dan çox mağazanı qarət ediblər. |