Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 6 » Ölkədə yeni sosial şəbəkə yaradıldı
11:49
Ölkədə yeni sosial şəbəkə yaradıldı

Azərbaycanda ilk "Pinterest” tərzi şəkil paylaşımı əsaslı sosial şəbəkəsi "Pinduud.com” istifadəyə verildi. Publika.Az-a verilən məlumata görə, sayt görünüş olaraq Pinterestə bənzəsə də, ondan bir çox üstün cəhətləri də var. Ən böyük üstünlüyü bir neçə dildə olmasıdır. Ən əsası da İngilis, Rus, İspanyol, Fransız, Portuqal, Çin və Yapon dillərinin yanında əsas bazda verilmiş Azərbaycan dili siyahının başında öz yerini alır.

Sosial şəbəkə, şəkillərin paylaşılması, onlar üzərində yaradıla biləcək müzakirələrə dayanır. Belə ki, saytda yer alan 28 kateqoriya üzrə istədiyiniz qədər albom yarada bilər, bu albomlara istədiyiniz qədər şəkil yükləyə bilərsiniz. Şəkilləri istərsəniz fərdi kompüterinizdən, istərsəniz də internet saytlardan yükləmə imkanınız var. Yüklədiyiniz şəkillərə digər istifadəçilər şərh yaza bilir, bəyənə bilir və yenidən paylaşa bilirlər.

Bundan başqa istədiyiniz kateqoriyada paylaşım edən şəxsləri izləyə bilər və yalnız izlədiyiniz şəxslərin paylaşımlarını görə bilərsiniz. İstifadəçilər arasında hədiyyə göndərmək də mümkündür. Xüsusilə bayram və özəl günlərdə bu əlavə çox əyləncəli olacaq.


Pinduud`un hal-hazırda Google Play Market`də Android əməliyyat sistemli telefonlar üçün ödənişsiz tətbiqetməsi də var. Bu tətbiqetmə sayənsində də istifadəçilər öz hesablarına internet əlaqəsi olan istənilən yerdən rahatca daxil ola biləcək, son yenilikləri izləyə biləcək, şərhləri oxuya biləcək və cavablaya biləcəklər.

Bütün bu üstünlüklərdən əlavə də, Pinduud`un sahibi Vüqar Alışov – "2013-cü ilin yanvarından, yəni bir neçə gündən sonra saytda artıq video paylaşımı da mümkün olacaq” -  deyə bildirib. 
Category: Maraqlı | Views: 824 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 08:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012