Gürcüstan xarici işlər nazirliyi nazir Maya Pancikidzenin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Litvaya səfəri çərçivəsində verdiyi bəyanatına aydınlıq gətirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanvarın 10-da Litva Respublikasına səfərə gedən Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Litva parlamenti nəzdindəki Avropa klubunda "Seçkilərdən sonra Gürcüstanın siyasəti” mövzusunda çıxış edib.
Gürcüstan xarici işlər nazirliyinin bəyanatında deyilib: «Təəssüf ki, bir çox KİV-lər nazirin çıxışından sonra baş tutan diskussiyanı düzgün yayımlamayıblar. (Görüşün video yazısı saxlanılıb. Http://www/eib.lt/) Bu video çarxda nazir qonşu dövlətlərə münasibətini aydın olaraq qeyd edib. Çarxda dəqiq olaraq təsdiq olunur ki, nazirin fikirləri təfsir olunmayıb.
Maraqlanan cəmiyyətlər nazirin sözləri ilə tanış olmaq üçün video yazıya baxa bilər».
Xatırladaq ki, kütləvi informasiya vasitələri Maya Pancikidzenin Litvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən "Münaqişəni yalnız Azərbaycanın ərazi bütövlüyü lehinə nizamlamaq mümkündür” deməsi barədə xəbər yayıblar.
Ermənistan KİV-ləri isə öz növbəsində Litva görüşlərinin video yazısını yayımlayıblar. Azərbaycan KİV-nin təsdiqinə görə, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü lehinə həll olunmalıdır.
Video yazısıdan aydın olur ki, görüş Litva parlamentinin Riqadakı Avropa qrupu və informasiya ofisi tərəfindən təşkil edilib. Görüşdə jurnalistlər, dipkorpus nümayəndələri, ekspertlər və tələbələr iştirak edib.
Pancikidze Cənubi Qafqazda regional tərəfdaşlıqdan danışıb və bildirib ki, Gürcüstanın Ermənistanla olduğu kimi, Azərbaycanla da yaxşı münasibətləri var. Lakin Gürcüstan bu ölkələrin daxili diskussiyasına qarışmır.
Bundan sonra Azərbaycanın Litvadakı səfiri Gürcüstanın xarici işlər nazirindən soruşub ki, Gürcüstanın yeni hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünə necə yanaşır, oktyabrın 1-dən sonra hansı dəyişikliklər baş verib.
"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, fikirləşmirəm ki, bunu təkrar etmək lazımdır. Bu sual altında deyil. Lakin biz Azərbaycan və Ermənistan arasındakı diskussiyaya qarışmırıq”- deyə, Pancikidze Azərbaycan diplomatına cavab verib.
Görüşdə növbəti sualı Ermənistanın Litvadakı səfiri verib və Pancikidze bu sualı cavablandırarkən deyib ki, bütün münaqişələr öz səbəbləri və tarixi vəziyyəti ilə unikaldır, buna görə də onların müxtəlif həlli yolları var.
"Gürcü Arzusu”da regionda münaqişələrin olmamasının tərəfdarıdır”, deyə Pancikidze deyib.
Qeyd edilən videoya görə, o, heç yerdə Qarabağ münaqişəsinin həlli yolları barədə danışmayıb.
Yanvarın 15-də Azərbaycan KİV-lərinə istinadən, Gürcüstan parlamentinin azlıq nümayəndələri və Milli Hərəkat Partiyası xarici işlər naziri Pancikidzeni səriştəsizlikdə günahlandıraraq, onun istefasını tələb ediblər. Azlıq hesab edir ki, Pancikidzenin bəyanatı rəsmi İrəvanın narazılığına səbəb olacaq”, deyə nazir M. Pancikidzenin bəyanatına aydınlıq gətirən Gürcüstan xarici işlər nazirliyi qeyd edib.