Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 5 » "Park Bulvar"dakı tüstülənmənin səbəbi məlum oldu (FOTO, VİDEO, YENİLƏNİB)
10:11
"Park Bulvar"dakı tüstülənmənin səbəbi məlum oldu (FOTO, VİDEO, YENİLƏNİB)

Ticarət mərkəzinin sonuncu mərtəbəsində fəaliyyət göstərən restoranın tüstü bacasında nasazlıq yaranıb

Bu gün Bakıda "Park Bulvar” Ticarət Mərkəzinin damında tüstülənmə olub. "Park Bulvar” mətbuat xidmətindən verilən məlumata görə, tüstülənməyə səbəb ticarət mərkəzinin sonuncu mərtəbəsində fəaliyyət göstərən restoranın tüstü bacasında nasazlığın yaranması olub. Belə ki, tüstü borusunun filtrasiya sistemi yeniləndiyi üçün orada quraşdırılmış ventilyasiya bayıra çıxmalı olduğu halda, tüstü içəri vurub, bu da tüstülənməyə səbəb olub. 


Xatırladaq ki, tüstülənmə zamanı hər ehtimala qarşı ticarət mərkəzinə 2 yanğınsöndürən maşını göndərilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Fövqəladə Hallah Nazirliyinin Nəsimi Rayon İdarəsindən isə bildiriblər ki, "Park Bulvar" Ticarət Mərkəzində bacaların birində problem yaranıb və tüstülənmə baş verib. Hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib. Amma yanğın olmadığı üçün onlardan istifadə olunmayıb.

Hazırda problem aradan qaldırılıb.

15.28
Bakının Səbail rayonu ərazisində yerləşən "Park Bulvar” Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın "Park Bulvar”ın damında baş verib. 

Çağırışa əsasən hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Yanğın nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğın nəticəsində ticarət mərkəzinə ciddi zərər dəyməyib. 

Yanğının nə səbəbdən baş verməsi araşdırılır.



Category: XƏBƏRLƏR | Views: 439 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 04:58
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012