Bu bazar poliklinikalara müraciət edənlərin sayı 30% artıb Son günlərdə Çin paytaxtında sənaye tüstülərinin miqdarı rekord səviyyəyə çatıb və beynəlxalq təhlükəsizlik standartlarında nəzərdə tutulandan 40 dəfə yüksəkdir. "BBC"yə istinadən bildirilir ki, bu insanların sağlamlığına mənfi təsir göstərir. Kanalın məlumatına görə, bu bazar poliklinikalara müraciət edənlərin sayı 30% artır. Çirkli havadan ən çox uşaqlar zərər çəkir.
Beynəlxalq Yaşıllar Hərəkatının yerli təmsilçilərinin məlumatına görə, havanın çirklənməsinin əsas səbəbkarı son 30 ildə ekoloji normalara riayət edilmədən gedən sürətli sənayeləşmədir. Ekspertlərin məlumatına görə, Çin dünya üzrə kömürün 50 faizin yandırır. 30 il qabaq Pekində demək olar ki, avtomobil olmayıb, amma indi sayı 5 milyona çatıb.
|