Səudiyə Ərəbistanında çəkilən videogörüntülər hər kəsi çox təəccübləndirib. Belə ki, yerli polis intihar edən gənci xilas etmək üçün görülməmiş üsula əl atıb.
Xəbərə görə hündürmərtəbəli binaya çıxaraq intihar edəcəyini deyən gənc bu addımı atmamaq üçün öz tələblərini sadalayıb. Hadisə yerinə gələn xilasedicilər gənci dilə tutaraq qərarından daşındırmağa çalışıb. Qərarından dönməyəcəyini deyən gənc polislərin səbrini tükədib. İntihara cəhd edən gəncə arxadan yaxınlaşan polis təpiklə vuraraq onu hava şarının üstünə yıxıb. Bütün baş verənlər isə həvəskar kamera tərəfindən lentə alınıb.
|