Daxili İşlər Nazirliyinin polis zabitinin kürd dilində əmr verməsini təsdiqləyən videogörüntü ilə bağlı açıqlamasına "Azərbaycan saatı" layihəsinin müəllifi Qənimət Zahiddən cavab gəlib. Qənimət Zahid "Qafqazinfo”ya açıqlamasında həmin kadrların "Azərbaycan saatı"nda yayımlandığını bildirib:
"Bu görüntülər Azərbaycan Saatında verilib. Görüntülərdə Azərbaycan Daxili İşlər Nazirliyinin vərdişlərindən fərqli olaraq zərrə qədər də saxtakarlıq, quraşdırma, montaj yoxdur. Dekabrın 10-da təşkil edilən bu aksiyadan çəkilən bu görüntülər elə həmin gün "YouTube”da da yayılıb. Razılaşın ki, cəmi bir neçə saata bu montajı etmək üçün ən azı DİN qədər zəngin saxtalaşdırma təcrübəsinə və xüsusi keyfiyyətli texnikaya malik olmaq lazımdır. Azərbaycan saatı isə bunların heç birinə sahib deyil”.