Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 4 » Qənimət Zahid jurnalist Nicat Əliyevin həbsi ilə bağlı münasibət bildirdi
14:30
Qənimət Zahid jurnalist Nicat Əliyevin həbsi ilə bağlı münasibət bildirdi
                                                                                                                                 Xebername.org İnternet qəzeti  jurnalist Nicat Əliyevin həbsilə bağlı Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahiddən münasibət öyrənib.



Qənimət Zahid bildirib ki:

"Çox təəssüf ki, Azərbaycanda hakimiyyət öz vətəndaşlarını şərləməklə cəzalandırmaq yolunu tutan şeytani bir qurğuya çevrilib. Ümumiyyətlə, şübhə etmirəm ki, öz vətəndaşlarına qarşı bu cür üsullardan istifadə eden bütün hakimiyyətlər tarixin zibilliyinə gömüləcəklər . Özəlliklə də jurnalistlərə qarşı şərləmə yolunu tutan hökumətlər. Nicat bəyin yuxarıdan (hərçənd, mən bu səviyyələri "yuxarı" adlandırmağı da yaraşdırmıram) sifarişli həbsi, indi həbsdə olan bir çox başqa siyasi dustaqlarla eyni aqibəti bölüşməsi avtoritarizmin azad fikir qarşısında məğlubiyyətinin növbəti mərhələsidir. Zira öz vətəndaşı ilə savaşda ağlın və məntiqin gücündən yararlana bilməyən, yalnız şərdən yararlanmaqla qalib gələ biləcəyini düşünən hökümət tarixin məntiqi önündə məğlubdur. Bu cür hallarda istintaq muddətinin uzadılması da həbsi sifariş edənlərin əlində heç bir dəlilin olmadığının parlaq sübutudur. Yoxsa, narkotik ittihamı ən rahat sübut olunan cinayət əməllərindən biridir. Nicat bəyə azadlıq arzu edirəm və düşünürəm ki, həbsdə olmasından o qədər də rahatsız olmamalıdır. Bu da bir mərhələdir, keçib gedəcək. Amma imansızlığın və şeytanın hökm sahibi olduğu zamanlarda vicdanlı adamların mübarizədə, həm də mübarizənin ən çətin səflərində olması normal məsələdir.”


İstinad mənbəyi:

Xebername.org İnternet qəzeti

Category: Mənəviyyat | Views: 553 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 07:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012