Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 6 » Qadın evdən qaçdı, qardaş qardaşı vurdu
11:45
Qadın evdən qaçdı, qardaş qardaşı vurdu

Bakıda soyğunçuluq və oğurluq cinayətləri törədən Ağdaş sakini öz evində qardaşının qanını axıtdı

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və oğurluq cinayətində təqsirli bilinən Ağdaş rayon sakini Ağali Umarovun məhkəmə prosesi başa çatıb. 


Məhkəmə müəyyən edib ki, Ağali Umarov 2004-cü il dekabrın 8-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 180.2.3, 180.2.4-cü (soyğunçuluq) maddələr ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, ağır cəza ilə cəzalandırılmasına baxmayaraq, nəticə çıxarmayıb. 

Belə ki, o, məhkumluğu ödənilmədən təkrarən cinayət törətməyə başlayıb. Ağali Umarov tamah məqsədilə özgənin əmlakını ələ keçirmək üçün 2011-ci il aprelin 10-da saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 32 saylı ünvanda yerləşən kafel-metlax mağazasının qarşısından Adil Qəhrəmanova məxsus 40 manat dəyərində bir ədəd yük arabasını gizli yolla talamaqla oğurluq edib.

Bundan əlavə, Ağali Umarov həmin ilin dekabrın 21-də sərxoş vəziyyətdə yaşadığı Ağdaş rayonunun Sadavat kəndindəki evinin həyətində qardaşı Eldəniz Umarov ilə ailə-məişət zəminində mübahisə edib. Onun qardaşı ilə mübahisə etməsinin səbəbləri cinayət işinin materiallarında yer alıb.

Ağali Umarov qardaşından arvadı ilə münasibətlərini həll etməsini tələb edib. Qardaşının arvadı ilə münasibətlərinin kəskinləşməsi nəticəsində iki azyaşlı uşaqları baxımsız qalıb. Bu mübahisə zəminində Eldəniz Umarov onun qızının ünvanına nalayiq söz deyib. Bu səbəbdən Ağali qardaşından qisas almaq qərarına gəlib. 

Belə ki, o, mübahisə zəminində qardaşının kürək nahiyəsindən bir dəfə bıçaq zərbəsi vuraraq, onu öldürməyə cəhd edib. Lakin Eldəniz Umrov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Məhkəmədə ifadə verən Ağali Umarov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, fəhləliklə məşğul olmaq üçün 2011-ci ilin martında Bakı şəhərinə gedib. Onun sözlərinə görə, Bakı şəhərində 28 may metrosunun yaxınlığında yerləşən "Şərq bazarı” adlanan ərazidə fəhləliklə məşğul olmağa başlayıb: "2011-ci ilin aprel ayının 11-də Xətai prospektində yerləşən kafel-metlax mağazasının qarşısında dayandığı zaman orada digər mağazaların qarşısında dayanıb yük boşaldan adını bilmədiyi fəhlələrdən biri yük arabası ilə birlikdə mənə yaxınlaşdı. Adını bilmədiyim həmin şəxs arabasını yanıma qoydu, özü isə siqaret almaq üçün mağazaya getdi, qayıdana kimi arabaya göz-qulaq olmağımı xahiş etdi. Həmin vaxt bir nəfər tanımadığım şəxs gəldi və arabanın kimə məxsus olduğunu soruşdu. Arabanın mənə məxsus olduğunu bildirdim. Həmin şəxs bu cavabından sonra getdi. Bir az sonra yanında başqa bir şəxslə gəldi. Həmin şəxslərdən biri polis əməkdaşı olduğunu, həmçinin arabanın oğurluq olduğunu söylədilər. Sonra məni Nəsimi rayonundakı 22 saylı polis bölməsinə apardılar. Polis bölməsində izahatımı aldılar və daha sonra sərbəst buraxdılar”. 

Təqsirləndirilən şəxs daha sonra ifadəsində bildirib ki, kiçik qardaşı Eldəniz və onun arvadı Lalə ilə aralarında münaqişə olub. Onun sözlərinə görə, bu səbəbdən də Eldənizin arvadı Lalə uşaqlarını da ataraq atası evinə gedib: "Eldəniz bir yerə gedəndə uşaqları tək qalmaması üçün gətirib bizə qoyurdu. Dekabrın 21-də Eldəniz uşaqlarını bizə gətirdi, özü isə bazara getdi. Həmin gün Eldənizin baldızı mənə zəng edərək söyüş söydü. Eldənizin baldızına məhkəməyə müraciət edib, bacısını analıq hüququndan məhrum edəcəyimi bildirdim. Eldənizin uşaqları ağladıqları üçün Eldənizə zəng etdim, uşaqların ağladığını bildirdim. Həmin gün saat 16:00 radələrində Eldəniz bazardan qayıtdi. Eldəniz həyətə daxil olan zaman əlimdə bıçaqla elektrik naqilinin izolyasiya qatını soyurdum. Eldənizə baldızının zəng edərək söyüş söydüyünü bildirdim. Eldənizə ya arvadından boşanaraq yenidən evlənməsini, ya da arvadını gətirib uşaqlarına baxmasını söylədim. Həmin vaxt Eldənizlə aramızda mübahisə oldu. Mübahisə edəndən sonra Eldəniz getmək istədi. Əlimdəki bıçaqla onu arxadan vurdum”.

Məhkəmənin hökmü ilə Ağali Umarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Category: Kriminal | Views: 542 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 24.11.2024, 05:10
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012